Günəşdə XXI əsrin rekordu təkrarlandı: Bir gündə 29 partlayış
Noyabrın 7-də Günəşdə 29 partlayışla XXI əsrin rekordu təkrarlandı. Bütün partlayışlar diskin mərkəzindəki 4566 nömrəli eyni ləkə qrupunda baş verib.
Son yenilənmə: 1 dəq oxu

Noyabrın 7-də Günəşdə 24 saat ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici ilə XXI əsrdə müşahidə olunan mütləq rekord yenidən təkrar olunub.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının NOAA kataloquna istinadən verdiyi məlumata görə, 2000-ci ildən bəri bir sutka ərzində 29 partlayış daha əvvəl yalnız iki dəfə — 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da baş verib. Hadisənin ən diqqətçəkən tərəfi isə bütün partlayışların Günəş diskinin mərkəzində yerləşən eyni 4566 nömrəli ləkələr qrupunda toplanmasıdır.
Discover What's Next.
Fikrinizi bölüşün



