SON DƏQİQƏGünəşdə XXI əsrin rekordu təkrarlandı: Bir gündə 29 partlayış
Mövzular

Canni İnfantino 4.2 milyard dollarlıq layihədən imtina edib

FIFA prezidenti İnfantino 4.2 milyardlıq layihədən və DÇ-ni genişləndirməkdən imtina edib. UEFA və digər qurumların etirazı onu geri addım atmağa məcbur edib.

Administrator
KESHF.NET`i Google-a əlavə edin

Son yenilənmə: 1 dəq oxu

Şərh yaz
Canni İnfantino 4.2 milyard dollarlıq layihədən imtina edib
Foto: KESHF.NET

FIFA prezidenti Canni İnfantino dünya çempionatlarında komanda sayının artırılması və "FIFA Forward Enterprise" adlı 4.2 milyard dollarlıq yeni şirkətin yaradılması planından geri çəkilib.

Britaniyanın "The Times" qəzetinin verdiyi məlumata görə, turnirlərin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı futbol dünyasında böyük qalmaqala və kəskin etirazlara səbəb olub. Xüsusilə UEFA, CONCACAF, AFC və CONMEBOL layihəyə qarşı çıxaraq ciddi təzyiq göstəriblər. UEFA hətta FIFA turnirlərini boykot etmək və İnfantinoya etimadsızlıq göstərmək ehtimalını bəyan edib.

Yaranan gərginliyi azaltmaq və mövqeyini qorumaq istəyən İnfantino, 2027-ci ilin martında Mərakeşdə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində bu təşəbbüslərdən imtina etmək məcburiyyətində qalıb.

Admin

Discover What's Next.

Şərhlər
Fikrinizi bölüşün

Oxşar xəbərlər